Azərbaycan yollarında QIRĞIN: 6 ölü, 9 yaralı

Azərbaycan yollarında QIRĞIN: 6 ölü, 9 yaralı


Dünən Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları nəticəsində 6 nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, iyulun 13-də ölkə yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edən şəxslərdən başqa daha 9 nəfər ağır xəsarət alıb.

Dünən Cəlilabadda abituriyentlərin olduğu "Mercedes"in su çəninə çırpılması nəticəsində 2 gənc həyatını itirib. Bakının Binəqədi rayonunda isə piyada yol qəzasının qurbanı olub. Bundan başqa Ucar, Cəlilabad və Astara rayonlarında da avtomobillərin toqquşması insan itkisi ilə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...