“Green House”un hovuzunda 4 nəfəri elektrik cərəyanı vurdu: Cinayət işi AÇILDI
İsmayıllı rayonundakı "Green House” istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin xəsarət alması hadisəsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə dünən, iyulun 7-də baş verib. Belə ki, istirahət mərkəzindəki hovuza girən 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər sakini Emin Adıgözəlov və Abşeron rayon sakini Gülhüseyn Quliyev ölüb. Zaqatala rayon sakini Eltəkin Umarov və Bakı şəhər sakini Zakir Əliyev xəsarət alıb.
1009 dəfə oxundu