Narkotikanı bədəninin bu hissəsində keçirmək istərdi - Gömrükçülər TUTDU

Narkotikanı bədəninin bu hissəsində keçirmək istərdi -

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə Uninkal.org-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 1,40 qram olan narkotik vasitə - metadon və 2 ədəd bağlamada xalis çəkisi 65,316 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...