Daşkəsəndə kişi arvadını və 20 günlük körpəsini öldürüb-

Daşkəsəndə kişi arvadını və 20 günlük körpəsini öldürüb-


Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

***

Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda kişi arvadını və azyaşlı körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahvələdli kəndində baş verib.

İlkin məlumatlara görə, həmin kəndin sakini ailə münaqişəsi zəminində arvadının və azyaşlı uşağının boğazını kəsərək onları qətlə yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...