Özünü öldürməzdən əvvəl evini bağışladı...

Özünü öldürməzdən əvvəl evini bağışladı...


Dünən Bakı şəhərinin Xəzər rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

GUNDEMİNFO.AZ Lent.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində özünü asaraq intihar edən 38 yaşlı Məmmədov Anar Məmməd oğlu bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan Bakıya gəlibmiş. O, Buzovnada qardaşının yaşadığı evin həyətindəki digər mənzildə yaşayırmış və işsiz imiş.

A.Məmmədov həyatına qəsd etməzdən əvvəl yazdığı məktubda isə evini və telefonunu qardaşı oğluna bağışladığını qeyd edib. İntiharına görə bacısına üzrxahlıq edən 38 yaşlı kişi hansı səbəbdən həyatına son qoymasına isə toxunmayıb. Bununla belə o, bu həyatda daha yaşaya bilmədiyi və həyatına son qoymaq istədiyini yazıb.

Araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...