Ata-anasını yatan yerdə baltalayıb - Sonra meyiti doğrayıb...

Ata-anasını yatan yerdə baltalayıb -


Masallının Miyankü kəndində baş verən dəhşətli qətllə bağlı bəzi məqamlar məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birgə öz ata-anasını yatan yerdə baltalayıb.

3 gün valideynlərinin cəsədini evdə saxlayan oğul dünən onları tövlədə basdırmağa qərar verib. Ən dəhşətlisi odur ki, həmin yer kiçik olduğu üçün Azər ata-anasının cansız bədənini balta ilə doğrayıb, daha sonra üstünə beton töküb.

Hadisə şahidləri bildirib ki, oğul əməllərini ört-basdır etmək üçün valideynlərinin yoxa çıxması ilə bağlı polisə məlumat verib. Polis isə Azər Ağayevdən şübhələnib və dünən axşam keçirilən əməliyyat nəticəsində Etibar Ağayev və xanımı Rəfiqə Ağayevanın meyiti həyətdəki tövlədən çıxarılaraq ekspertizaya göndərilib.

Oğlu tərəfindən qəddarcasına qətlə yetirilən Etibar Ağayevin bir qızı da var. Başqa kəndə gəlin köçən qıza Azər valideynlərini Rusiyaya göndərdiyini bildirib. Ağayevlərin hamilə olan yeganə qızı hələ də bu dəhşətdən xəbərsizdir.

Qeyd edək ki, Azərlə Asudənin 3 uşağı var. Cütlük hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...