Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü - BİR AİLƏNİN DƏHŞƏTLİ TALEYİ

Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü -


Ötən gecə Hacıqabul rayonunda baş vermiş və ana ilə 2 oğlunun ölümü ilə nəticələnən dəhşətli qəza barədə bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən “Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub.

Belə ki, Bakıdakı çörəkbişirmə sexində işləyən qardaşlar doğulub böyüdükləri Ucarın Müsüslü kəndinə gedərək anaları 51 yaşlı Abdullayeva Gülzar Knyaz qızını paytaxta həkimə gətirmək istəyiblər. Gecə saatlarında Müsüslüdən yola çıxan ailə Hacıqabul ərazisində qəzaya düşüb və 23 yaşlı Amil Abdullayevin sürdüyü maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Ana və iki oğlu hadisə yerində keçinib. 28 yaşlı Samir Abdullayevin 6 yaşlı oğlu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, uşağın vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dəhşətli qəzada ölən qardaşların hər ikisi ailəli olub. Onların ikisinin də bir övladı varmış. Sükan arxasında olan Amil Abdullayev keçən il ailə həyatı qurubmuş.

*****

Hacıqabulda ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.

*****

Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü -
Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü -

Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Məlumata görə, ölən şəxslərdən biri qadın, ikisi kişidir. Onların cavan yaşda olduğu bildirilir. Xəsarət alan şəxsin isə uşaq olduğu məlum olub. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin Ucar rayonu, Müsüslü kənd sakinləri olduğu bildirilir. Onların qohum olduğu ehtimal olunur.

Ölənlərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...