"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir" - Kamran Əliyev

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir" -


"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşü çərçivəsində keçirilən I plenar iclasda baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.


K. Əliyev bildirib ki, Azərbaycan 2004-cü ildən başlayaraq beynəlxalq səviyyədə antikorrupsiya konvensiyalarına qoşulub, qanunvericiliyini təkmilləşdirib: "Azərbaycanda üç pilləli məhkəmə sistemi var. Məhkəmə-Hüquq Şurası bu sahədə önəmli qurumdur. İdarəçilikdə şəffaflığa gəlincə, hüquq-mühafizə orqanlarına işə əməkdaşlar test yolu ilə qəbul edilir, eyni zamanda elektron hökumət, "ASAN Xidməti" qeyd etmək vacibdir.

Azərbaycanda iki antikorrupsiya qurumu - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yeganə cinayət təqibi orqanıdır".

K. Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar QHT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...