Narkotika satmaqda təqsirləndirilirdi: Məhkəmə bəraət verdi - AZƏRBAYCANDA

Narkotika satmaqda təqsirləndirilirdi: Məhkəmə bəraət verdi -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gundeminfo.az-ın "Report"a istinadən məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Səlimov çıxış edib. O, müvəkkilinin barəsində olan ittihamın sübuta yetirilmədiyini deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son sözlə çıxış edən T.Əliyev də vəkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti hökmü elan edib. Məhkəmənin hökmü ilə T.Əliyev barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, T.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...