Sevgilisini bıçaqladı, amma sevgilisi onu bağışladı- 3 il həbs

Sevgilisini bıçaqladı, amma sevgilisi onu bağışladı-


Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi münasibətdə yaşadığı qadını bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Məzahir Nurəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Nurəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən ilin dekabrında Şüvəlan qəsəbəsində baş verib.
M.Nurəliyev aralarımda yaranmış münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu Aygün Kərimovaya bıçaqla xəsarət yetirib.

Qeyd edək ki, A.Kərimova məhkəmə istintaqı zamanı onu bəçaqlayan sevgilisini bağışlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...