Tovuzda qəbul imtahanından kəsilən qız intihara cəhd edib

Tovuzda qəbul imtahanından kəsilən qız intihara cəhd edib


Tovuz rayonunda 17 yaşlı şagird qəbul imtahanından kəsildiyi üçün intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən qəbul imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...