Yol polisindən dəhşətli qəza ilə bağlı açıqlama – Sürət aşağı, kəmər bağlı olub

Yol polisindən dəhşətli qəza ilə bağlı açıqlama –


Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Bakı-Qazax yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı fikirlərini açıqlayıb.

Bildirib ki, sürücünün 17 yaşı olması barədə məlumat yayılıb. Həm də avtomobilin sürətlə idarə edilidyi bildirilir. Lakin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, hadisə ilə bağlı bəzi məqamlara düzgün yanaşılmayıb: "Hörmətli Ərşad müəllim müstəqil ekspert kimi konkret faktlara deyil, yayılmış şaiyələrə istinad edərək qəzanın başvermə səbəblərini geniş şəkildə şərh edib. Belə halda sual meydana çıxır, bəs görəsən içərisində 5 nəfərin olduğu və heç birinin sağ qalmadığı qəzanın başvermə səbəbini qeyri-mütəxəssis tərəfindən çəkilən fotoşəkillər və heç bir fakta söykənməyən məlumatlar əsasında müəyyən etmək belə asan mümkün olurdusa, onda istintaq orqanları nəyə lazımdır? Dəqiq məlumat isə budur ki, “Hyundai” markalı, 99-LD-773 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən Əmiraslanlı Əmiraslan Müşfiq oğlunun 17 deyil, 19 yaşı olub və onun 22.02.2017-ci il tarixdə aldığı “BC” kateqoriyalı, AE 812921 nömrəli sürücülük vəsiqəsi var. Sürət həddinin aşılmasına gəlincə isə xüsusi texniki vasitələrin göstəricilərinə əsasən, həmin nəqliyyat vasitəsinin yolboyu hərəkət sürəti 80-87 km/saat intervalında olub ki, bu da sürücünün yolda müəyyən edilmiş sürət həddini aşmadığını, hətta xeyli aşağı sürətlə idarə etdiyini göstərir və onun təhlükəsizlik kəməri də bağlı olub".

Yol polisi təəssüf hissi bildirir ki, 5 gəncin ölümü həm də 5 ailənin, 5 nəslin böyük faciəsidir: "Biz onların valideynlərinin, əzizlərinin ağrı-acılarını onlarla bölüşür, dərdlərinə şərik olur və bildiririk ki, belə məsələləri şərh edərkən diqqətli olmalı, nahaqdan dünyasını dəyişmiş şəxslər haqqında həqiqətə uyğun olmayan məlumatlar verilməməlidir".
Avtomobili icarəyə vermiş "Elşən Rent a Car" şirkətinin rəhbəri Elşən Babayev isə bildirib ki, maşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. İş adamının sözlərinə görə, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb: "Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin maşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə maşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə maşının sürəti saatda 157 kilometrədək artıb".

"Elşən Rent a Car"ın sahibi əlavə edib ki, həmin maşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar və baş vermiş hadisədə onların hər hansı nöqsanı yoxdur. (lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...