“DəmirBank” “Grand Motors”u məhkəməyə verib

“DəmirBank” “Grand Motors”u məhkəməyə verib


“DəmirBank” ASC “Grand Motors” MMC-ni məhkəməyə verib. "Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank borcun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini qismən təmin edib. Qərardan narazı qalan “Grand Motors” MMC apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Qeyd edək ki, 2005-ci ildə təsis edilmiş “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürüb. Şirkət ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirir.

Azərbaycanın aparıcı banklarından biri “DəmirBank” isə ASC 6 oktyabr 1989-cu ildə yaranıb, "Azərdəmiryolbank" adı ilə fəaliyyət göstərib. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini "DəmirBank" adı ilə həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...