Naxçıvanda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb

Naxçıvanda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb
Mayın 7-i, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC- 222 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E-240 markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC- 080 dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı minik avtomobili toqquşub. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub.

Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat ediblər.

Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...