Bakıda narkotik alverinə görə saxlanılan erməninin məhkəməsi başladı

Bakıda narkotik alverinə görə saxlanılan erməninin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.

Proses aprelin 28-də davam etdiriləcək.

İttihama görə, ötən il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. O, narkotik maddələrin külli miqdarda qanunsuz dövriyyəsində ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...