Azərbaycanda yoxa çıxan falçının meyiti tapıldı

Azərbaycanda yoxa çıxan falçının meyiti tapıldı


Keçən ilin dekabrında Ucar rayonunun Qazyan kəndində itkin düşən 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlunun meyiti tapılıb. Modern.az saytı Lent.az-a istinadən xəbər verir ki, 82 yaşlı kişinin meyiti evinin yaxınlığındakı su kanalında aşkarlanıb. Məlum olub ki, su heyvanları onun bədəninin müxtəlif nahiyələrini didiblər. Evdən çıxarkən əynində olan paltarlar da onun üzərində olub.

Bildirilir ki, X.Əliyev dekabrın 29-da kanala yıxılıb və fiziki gücü olmadığından bataqlıqdan çıxa bilməyib.

O, rayonda falçı kimi tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...