İranlı gənc qayınatasının evində kütləvi qətl törədib

İranlı gənc qayınatasının evində kütləvi qətl törədib


İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır. Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub. Polis hadisə barədə araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...