İstirahət mərkəzində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib

İstirahət mərkəzində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobili ilə hadisə yerindən qaçıb,
İstirahət mərkəzində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobili ilə hadisə yerindən qaçıb, qadının telefonunu da özü ilə götürüb.


Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...