Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alındı

Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alındı

Zaqatala rayonunda qanunsuz dini yığıncaq keçiriən şəxslər saxlanılıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaq rayonun Əliabad qəsəbə sakini Həmid Şabanova məxsus həyətyani sahədə yerləşən tikilidə keçirilib.

Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ünvanda H.Şabanov və həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə, qanunla qadağan olunan dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Onlar saxlanılıb, sonra izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertiza edilməsi üçün DQİDK-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...