Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstəyə hökm oxunub

Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstəyə hökm oxunub


Rusiya Federasiyasının Moskva şəhər Məhkəməsi adam oğurluğunda və soyğunçuluqda təqsirli bilinən 5 azərbaycanlıya hökm oxuyub.

APA-nın Rusiya Baş Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, məhkəmə müəyyən edib ki, 2013-cü ilin avqustunda 41 yaşlı Zaur Əliyev adlı azərbaycanlı həmyerliləri, 37 yaşlı Namiq Qənbərov, 37 yaşlı Anar Yusubov, 35 yaşlı Elnur Yusubov və 42 yaşlı Anar Nəsirovun müxtəlif vaxtlarda daxil olduğu cinayətkar dəstə yaradıb. Qrup azı 5 tapança, "Kalaşnikov" avtomatı, karabin və çoxsaylı döyüş sursatı əldə edib. 2014-cü ilin avqustuna kimi dəstə üzvləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərini təhdid edərək pul alıblar. Onlar bu müddət ərzində pul qoparmaq məqsədilə bir sıra sahibkarı girov götürüblər.

Məhkəmənin hökmünə əsasən dəstə başçısı Zaur Əliyev 18 il, digər dəstə üzvləri isə 13 ildən 15 ilə kimi azadlıqldan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...