Azərbaycanda alimentdən necə yayınırlar?

Azərbaycanda alimentdən necə yayınırlar?


Son illərdə Azərbaycanda boşanmaların və bu zaman ortaya çıxan aliment davaları xeyli artıb. Fins.az xəbər verir ki, 2014-cü ildə 12 min, 2015-ci ildə isə 12800 ailə dağılıb. Ailələrin dağılması ən çox uşaqlara zərbə vurur. Boşanmalardan sonra uşaqların kiminlə qalması və onların saxlanması üçün nəzərdə tutulan alimentin alınması valideynlər arasında ciddi problemə və mübahisələrə çevrilir.

Təcrübə göstərir ki, valideynlər ayrılankən uşaqlar, xüsusilə kiçik yaşlılar adətən anaları ilə qalırlar. Belə olduqda, uşağın saxlanması üçün atası aliment ödəməlidir. Ən çox mübahisələr də bu zaman yaranır- bəzi hallarda qarşı tərəf müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınırlar.

Pulsuzluq, yoxsa məsuliyyətsizlik?

Hüquqşünas Fariz Namazlı bildirib ki, almientin ödənilməməsi əsasən 2 nüansla bağlıdır. Birinci qrupa daxil olan vətəndaşlar maddi imkanları, qazancları olmadığından alimenti ödəyə bilmirlər. Bu halda məhkəmə icraçıları onların durumunu araşdırır və üzrlü səbəbdən ödəmədiklərini qeyd edirlər. Lakin cəza tədbirləri hamı üçün eynidir.

İkinci qrupa daxil olanlar isə alimenti qəsdən ödəmirlər. Doğrudur, qanunvericiliyə görə, aliment ödəməyənlərin aylıq gəlirləri araşdırılır, əmlakı siyahıya alınır və borc həmin obyektlərə yönəldilir. Amma qarşı tərəf də bundan yayınmaq üçün müxtəlif üsullara əl atırlar.

Üsul 1 – özünü işsiz kimi göstərir

Alimenti ödəməkdən yayınmaq üçün borclu qeyri-rəsmi gəlirlərini gizlədir və özünü işsiz kimi qələmə verir.

Üsul 2 – əmlaklarını başqalarının adına keçirirlər

Ən çox yayılan üsukllardan biri də budur. Aliment verməli olan tərəf öz adına olan evi, maşını, bank hesablarını və digər əmlakları başqalarının adına keçirərək özlərini “sığortalalayırlar”. Bu yolla alimenti ödəməkdən yayınırlar. Sonradan onlar yenə də həsmin avtomobil və evlərdən stifadə edirlər.

Üsul 3 – Qeydiyyatda olduğu yerdə yaşamamaq

Btün yuxarıda salanan üsullar nəticə vermədikdə, borclular rəsmi qeydiyyatda olan yerdə yaşamaqdan yayınırlar. Bu onlara iki məsələdə kömək edir. Birincisi, onları fikziki olaraq tapmaq çətinləşir, ikincisi, alimenti ödəmədiklərinə görə, məhkəmə qərarları və ya digər bildirişləri onlara çatdırmaq mümkün olmur. Bu da onların bu qərardan xəbərsiz olması kimi bəhanələr yaratmasına imkan verir.

Üsul 4 – Saxta yolla əlillik almaq

Hüquqşünas qanunvericiliyin tələblərindən “yararlananların” da olduğunu istisna etməyib. Məsələn, saxta sənədlərlə özünü 2-ci qrup əlil kimi təqdim edən vətəndaş bununla xeyli müddət alimenti ödəməkdən yayına bilib. Lakin araşdrıma zamanı onun saxta sənədlər təqdim etdiyi üzə çıxıb və borcunu ödəməyə məcbur edilib. Çünki əlilliyi olan şəxslər də alimenti ödəməyə borcludurlar.

Aliment ödəməyənləri ölkədən buraxmırlar

V. Ramazanovun sözlərinə görə, aliment ödəməyənlərə qarşı bəzi tədbirlər görülür. Belə ki, icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkəndən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır.

Ümumiyyətlə, Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsinədən azad edən heç bir müddəa yoxdur. Bütün hallarda, hətta valideynlər xəstə olduqda, ölkədən kənarda yaşadıqda belə uşaqları saxlamağa borcludurlar.

Analar da aliment ödəməlidir


Yeri gəlmişkən, Ailə Məcəlləsinə görə alimenti təkcə atalar deyil, ahalar da ödəməlidir. Başqa sözlə, əgər uşaqlar ata ilə qalarlarsa, ana onların saxlanması üçün vəsait ödəməlidir. Azərbaycan təcrübəsində boşanan ailələrdə kişilərin qadından aliment tələb etməsinə demək olar ki, rast gəlinmir. Bir qayda olaraq kişilər bu yükü tək çəkməyə qərar verirlər.

Ancaq son vaxtlar bu praktika da yaranıb. Hüquqşünas Vasif Ramazanov bildirib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə bir anaya aliment öhdəliyi qoyulub. Yəqin ki, gələcəkdə bu halların artmasının şahidi olacağıq.

Onudad eyək ki, ayrılandansonra uşaqları saxlayan tərəfin maddi imkanlarının olub-olmamasından asılı olmayaraq hər 2 valideyn onların saxlanmasında iştirak etməlidir.
Bununla bağlı qanunvericilikdə heç bir istisna nəzərdə tutulmur.

Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?

Alimentlərin ödənilməməsindən əziyyət çəkən uşaqların hüquqlarını təmin etmək üçün ekspertlər müxtəlif təkliflər səsləndiriblər. F.Namazlının fikrincə aliment fondunun yaradılması və onun işlək mexanizminin qurulmasına ehtiyac var. Xarici təcrübədə belə fondlar istənilən halda alimenti uşağa vaxtında ödəyir. Qarşı tərəf isə işləməyə məcbur edilərək fonda olan borcunu ödəyir. Beləliklə, uşaqlar əziyyət çəkmirlər.

V.Ramazanovisə hesabedirki, qeydri-rəsmigəlirlərin üzə çıxarılıb rəsmi qəbul edilməsimexanizmidə yaradılmalıdır. Bununla bir çoxları alimenti ödəməkdən yayına bilməyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...