Şagirdinə təcavüz etdiyi iddia olunan məktəb direktoru azadlığa buraxıldı…

Şagirdinə təcavüz etdiyi iddia olunan məktəb direktoru azadlığa buraxıldı…


Şagirdinə təcavüz etdiyi iddia edilən Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli təqribən 1 saat öncə azadlığa buraxılıb. Bu haqda Avropa.info-ya açıqlamasında təcavüz edildiyi iddia olunan şagirdin atası Rəmzi Abduəliyev bildirib.

Onun dediyinə görə, qızı, həyat yoldaşının polisə və prokurorluğa verdikləri izahatlara, hadisə yerindən məktəb direktoru Ceyhun Tofiqlinin telefonu, ayaqqabısı tapılmasına baxmayaraq onu azadlığa buraxıblar.

“Ceyhun Tofiqli bu hərəkəti etməsinə baxmayaraq onu azad ediblər. Hadisə baş verən günü əraziyə gələn polis əməkdaşları onun telefonu və ayaqqabısını oradan tapıb götürdülər. Bu hadisə olmayıbsa onun ayaqqabısı və telefonu bizim həyətdə nə gəzirdi? Mənə aydın deyil onu hansı əsasla buraxıblar. Amma mən məsələylə bağlı hər yerə şikayət edəcəyəm.

Təsəvvür edin ki, bu gün guya qızımın ekspertizadan keçrildiyi və heç bir problemin olmadığa haqda məlumat yaydılar. Hansı ki, ekspertiza hələ şənbə günü olmalıdır. Görünür bunların hamısı məqsədli şəkildə edilir. Ceyhun Tofiqli qızıma qarşı güc tətbiq edərək onu zorlamaq istəyib. Həyat yoldaşım səsə çıxmasaydı bəlkə də biz böyük biabırçılığın şahidi olacaqdıq. Bütün bunlar mütləq araşdırılmalıdır” deyə Rəmzi Abduləliyev qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...