100 hərbi həkim haqda həbs qərarı - AKADEMİYADA BÖYÜK ƏMƏLLİYYAT

100 hərbi həkim haqda həbs qərarı -


Türkiyənin ən məşhur hərbi xəstəxanası sayılan Ankara Gülhane Hərbi Tibb Akademiyasının (GATA) 100 hərbçisi haqqında həbs-qətimkan tədbiri çıxarılması barədə qərar verilib. Lent.az-ın odatv.com-a istinadən xəbərinə görə, FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar çərçivəsində akademiyanın 100 hərbçi əməkdaş barədə saxlanma hökmü çıxarılıb. Saxlanılan şəxslərin hərbi çevrilişə cəhddə ittiham edilir.

Qeyd edək ki, bundan öncə də GATA-nın komandiri, general Gürsəl Öztürk haqqında da FETÖ əməliyyatları çərçivəsində həbs-qətimkan tədbiri seçilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...