Qadın özünü avtobusdan ataraq öldürdü - Bakıda şok

Qadın özünü avtobusdan ataraq öldürdü -


Bakıda intihar hadisəsi baş verib. Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Şükürova Sevil Ağa qızı Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusdan özünü atıb. O, avtobus hərəkətdə olarkən açıq qalmış qapıdan özünü atıb. Ağır xəsarətlər alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Şükürova iyulun 28-də ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...