Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 nəfər ölüb

Bakıda sərnişin avtobusu qəzaya uğradı -


Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...