Tovuzda həkim qəzaya düşdü - maşını qaçırdılar

Tovuzda həkim qəzaya düşdü -


Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə iki avtomobilin toqquşması ilə baş versə də avtomobillərdən biri qəzanın baş verdiyi yerdən qaçırılıb, digər avtomobilin isə dövlət qeydiyyat nömrə nişanları çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək Tovuz Rayon Mərkəzi Xəstəxasının həkimi Şinası Vəliyevin maşını ilə toqquşub. Hadisə nəticəsində Ş.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, onun idarə etdiyi avtomobil isə hadisə yerindən qaçırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Tovuzda həkim qəzaya düşdü -
Tovuzda həkim qəzaya düşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...