Rusiya Ermənistana qaz nəqlini dayandırıb

Rusiya Ermənistana qaz nəqlini dayandırıb


İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır. "APA-Economics" xəbər verir ki, bununla bağlı Gürcüstanın qazpaylayıcı şirkəti "Qazprom Ermənistan"a rəsmi bildiriş göndərib.

Nəqlin dayandırılmasına səbəb magistral kəmərdə təmir işlərinin aparılmasıdır. Ermənistan əhalisinin təbii qazla təchizatı yeraltı anbarlardakı ehtiyyat qaz hesabına həyata keçiriləcək. Qeyd edək ki, Ermənistanı qazla Rusiyanın "Qazprom" şirkəti Gürcüstan üzərindən təchiz edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...