İmişlidə minik avtomobili aşıb, ölən var

İmişlidə minik avtomobili aşıb, ölən var


İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində, rayonun Cahar kəndi ərazisində qeydə alınıb. Beyləqan rayon sakini Nizami Məmmədov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə N.Məmmədov və sərnişini, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Elşən Əliyev xəstəxanaya yerləşdiriliblər. Elşən Əliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Nizami Məmmədovun vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...