Azərbaycanda hərbi cinayətlərin sayı azalıb

Azərbaycanda hərbi cinayətlərin sayı azalıb


Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2016-cı ilə dair birgə tədbirlər planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb.

Nazirliyin və prokurorluğun nümayəndələri hərbi hissələrdə xidməti və məişət şəraiti ilə də yaxından tanış olublar. Bildirilib ki, belə tədbirlərin keçirilməsi nəticəsində ötən illərə nisbətən Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə dostluq, qardaşlıq mühitinin formalaşdırılmasının, qarşılıqlı sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının vacibliyi xüsusi vurğulanıb. Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin də iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...