Dövlət Komitəsindəki rüşvətlə bağlı son durum - Eldar Sultanovdan açıqlama

Dövlət Komitəsindəki rüşvətlə bağlı son durum -


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min manatlıq rüşvət qalmaqalı ilə bağlı məlumat vermişdi.

Artıq hadisə ilə bağlı Bakı şəhər sakini Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi də başlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) cinayət işi qaldırılıb.

Hadisə ilə bağlı hafta.az-a açıqlama verən prokurorluğun mətbuat xidmətinin başçısı Eldar Sultanov bildirdi ki, hazırda bütün zəruri istintaq hərəkətləri həyata keçirilir: “İş təzə başlayıb. Hazırda prokurorluqda baxılmaqdadır. Məsələ gündəmdədir, cinayət işi ilə bağlı zəruri istintaq hərəkətləri aparılmaqdadır. Hadisə ilə bağlı təfərrüatlar tərəfimizdən vaxtı çatanda ictimaiyyətə açıqlanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...