Gömrük Komitəsi tutuquşular haqda açıqlama yaydı FOTOLAR

Gömrük Komitəsi tutuquşular haqda açıqlama yaydı


Dövlət Gömrük Komitəsi sərhəd keçid məntəqəsində yoxlama zamanı çoxlu sayda tutuquşuların aşkar olunması haqda xəbərlərə aydınlıq gətirib.

Qurumdan “GUNDEMINFO”ya daxil olan xəbərdə bildirilir ki, fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub.

Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan Respublikası vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiya Federasiyasından Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb.


Gömrük Komitəsi tutuquşular haqda açıqlama yaydı
Gömrük Komitəsi tutuquşular haqda açıqlama yaydı
Gömrük Komitəsi tutuquşular haqda açıqlama yaydı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...