İlhamə Quliyevanın köməkçisinin şikayəti təmin edilmədi

İlhamə Quliyevanın köməkçisinin şikayəti təmin edilmədi


size=3]Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.

M. Hüseynovanın vəkili Vasif Mirzəyevin Lent.az-a verdiyi məlumata əsasən, məhkəmə Səbail rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...