Üç uşaq anası təmizlikdən qazandığını narkotikə xərclədi - FOTOLAR

Üç uşaq anası təmizlikdən qazandığını narkotikə xərclədi -


Abşeron polisi narkotiklə əlaqədar 2 nəfəri saxlayıb. Kəpəz TV (Region TV) xəbər verir ki, onlardan biri qadındır. Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları özünü şübhəli aparan 41 yaşlı İlham Dadaşovu saxlayıblar. İdarədə onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Fəhləliklə məşğul olduğunu deyən İlham Dadaşovun sözlərinə görə, narkotiki öz istifadəsi üçün tanımadığı şəxsdən alıb.

38 yaşlı Pərvanə Məmmədova da şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. Orada onun üzərindən qurudulmuş marixuana aşkarlanıb. Evlərdə təmizlik işi görməklə dolanan Pərvanə qazandığı pulları narkotikə xərclədiyini bildirib. Qeyd edək ki, 3 uşaq anası olan Pərvanə Məmmədovanın həyat yoldaşı da narkotikin güdazına gedib və bir ilə yaxındır ki, həbsdədir. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Üç uşaq anası təmizlikdən qazandığını narkotikə xərclədi -
Üç uşaq anası təmizlikdən qazandığını narkotikə xərclədi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...