Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı -

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı -
Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Ətraflı

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

Qeyd edək ki, şəxsin avtomobilin ön şüşəsinə yerləşdirdiyi nömrə “Kurtlar Vadisi” serialında Polad Alemdar obrazına aid idi.


Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...