Karantin postları yenidən qurulur?

Karantin postları yenidən qurulur?
Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlama verib:

"Sərt karantinin tətbiq olunması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Biz onların qərarını gözləyirik. Hələ ki, qərargahın belə bir qərarı yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...