Səfər Mehdiyevin elektromobil qadağası - ARAŞDIRMA

Səfər Mehdiyevin elektromobil qadağası -
Bir müddət əvvəl Azərbaycanda pərakəndə satılan benzinin qiyməti bahalaşdı. Rəsmi qurumlar açıqlama verərə bunun səbəbi kimi, benzinin istehsal keyfiyyətinin artırılmasını qeyd etdilər. Əhalinin sosial gəlirlərinin heç də artmadığı bir zamanda, pandemiya dövründə gəlirlərin kəskin azalması, xidmət və ticarət sektorundakı durğunluq, eyni zamanda Vətən Savaşı nəticə etibarilə əhalinin sosial vəziyyətini artırdı. Belə bir vəziyyətdə isə Azərbaycanda əhalinin istifadə etdiyi benzin və dizelin qiyməti bahalaşdırıldı. Nəticədə xeyli insan kiçik və orta sahibkarlar daha çox ziyana düşdülər.

Bəs vəziyyətdən çıxış yolu var idimi? Əhalinin ağır durumunu nəzərə alaraq dövlət qurumları hansı təkliflərlə çıxış etdilər. Adətən dünya təcrübəsində belə hallarda sığörta paketləri, sahibkarlara və vətəndaşlara əlavə dəstək paketləri təqdim edilir ki, yanacağın qiymətinin artmasından insanlar az əziyyət çəksinlər.

Benzin və dizelin bahalaşmasının səbəblərindən biri kimi, eyni zamanda rəsmi olaraq ekoloji vəziyyyətin yaxşılaşdırılması göstərilirdi. Çox maraqlıdır ki, ekoloji tarazlığın pozulmasını önləmək üçün dünyada tətbiq edilən müasir texnoloji faktorlardan Azərbaycanda nəinki müzakirə aparılmadı, heç söhbət belə açılmadı. Sərnişindaşınma, yükdaşıma, logistika sahəsində yanacağın bahalaşmasını önləmək üçün adətən elektromobillərdən istifadəyə üstünlük verilir. Bu dünya təcrübəsində sınaqdan keçmiş faktordur. Alternativ enerji qaynaqlarından istifadə, yaşıl zonaların yaradılması, alternativ enerji mənbələrdən yararlanmaq kimi faktlar ortada olur. Azərbaycanda isə bunun qarşısı alınır.

Bir sıra Qərb ölkələrində atmosfer tullantılarının minimuma endirilməsi istiqamətində atılan addımlar sırasında təmiz enerjidən istifadə də önəmli yer tutur. Həmçinin elektrik enerjisi ilə çalışan avtonəqliyyat vasitələrinin istifadəsi də həmin ölkələrin prioritetindədir.

Gundeminfo.az-a bu yaxınlarda olduqca ilginc bir məlumat daxil olub. Belə ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəyə idxal edilən hibrit və elektromobillərlə bağlı hökumətə təkliflər verib. Təkliflərdə elektrik mühərrikli avtomobillərin gömrük rüsumlarının azaldılmasından tutmuş, hibrit avtomobillərin idxalı ilə bağlı iolaraq bir sıra məqamlar yer alıb. Sənəd paket halında Nazirlər Kabinetinə təqdim edilib. Müzakirələr zamanı əsl həngamə başlayıb. Dövlət Gömrük Komitəsi ilə Muxtar Babayein imzasıyla hazırlanan sənəd müzakirə edilən zaman Komitə əməkdaşları müzakirələrə qatılmaqdan imtina ediblər. Səbəb kimi isə Səfər Mehdiyevin avtomobil idxalı zamanı elektrikli avtomobillərin idxalına tətbiq edilən gömrük rüsumlarının azaldılmasının qəti əleyhinə çıxış etməsi olub. Səfər Mehdiyev hətta bununla bağlı "arqumentləri"ni də ortaya qoyub. DGK nümayəndələri rəqəmlər orataya qoyaraq bəyan ediblər ki, əgər bu təkliflər qəbul edilsə, o zaman Azərbaycanda gömrük daxilolmaları 25-30 faizə qədər aşağı düşəcək.

Məlumatlara əsasən Mehdiyev bundan sonra öz yaxın media qurumlarına Muxtar Babayevin "qara piar"la hədəfə alınmasına da çalışıb.



Ölkəmizdə isə bu növ avtomobillərin istifadəsi ilə bağlı göstəricilər heç də ürəkaçan deyil. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Report”a açıqlamasında Azərbaycanda elektromobillərdən istifadənin az olmasına bir neçə amilin səbəb olduğunu qeyd edib. "Bu gün ölkəmizdə elektromobil gətirən rəsmi dillerlər var, onlar həmin avtomobillərin ən ucuzunu gətirir, amma yenə də gömrük rüsumu və satışdan ödənilən ƏDV-yə görə baha başa gəlir". “Dünyada baş verən iqlim dəyişkənliyi bir çox inkişaf etmiş ölkələri ona sövq edir ki, artıq nəqliyyatın atmosferi korlamasına son qoyulsun. Bilirsiniz ki, ekoloji vəziyyətə, atmosferə ən çox zərər verən amillər neft-qazın hasilatı, kosmosun çirklənməsi və avtomobillərin havaya buraxdığı CO2 dediyimiz karbon qazıdır. Bu məqsədlə həmin ölkələr iri avtomobil istehsalçıları qarşısında tələb qoyublar ki, onların ölkələrində yalnız ekoloji təmiz avtomobillər istifadə edilsin.
Bu səbəbdən də həmin iri avtomobil şirkətləri artıq ekoloji təmiz avtomobil istehsalına başlayıblar. Bu özlüyündə olduqca gözəl prosesdir. Belə avtomobillər müxtəlifdir. Hazırda dünyada kütləvi istehsalda olan ekoloji təmiz avtomobillər hidrogenlə (su) işləyən, hibrid (benzin və elektriklə) və sırf elektriklə çalışan avtomobillərdir.

Hər 3 seqment üzrə avtomobil hazırda Avropa ölkələrində satılır. Təəssüf ki, Azərbaycanda vətəndaşlarımız tərəfindən belə avtomobillərin istismarı o qədər də çox geniş təbliğ edilməyib. Düzdür, 2 il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi tədbirlər təşkil elədi. Hətta bura Dövlət Yol Polisi də qoşulmuşdu. Orada ekoloji təmiz avtomobillərin idxalı və istismarının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişdilər.

Sadaladığım avtomobil seqmentləri arasında elektromobillər hidrogenlə çalışan avtomobillərdən sonra ekoloji cəhətdən təmizliyinə görə ikinci yeri tutur. Bu avtomobillər ümumiyyətlə atmosferə CO2 emissiya etmir, səssizdi və daha az xərc tələb edir. Lakin Azərbaycanda elektromobillərə keçid ləngiyir. Bunun bir neçə səbəbi var. İlk səbəb kimi elektromobillərin baha olması ilə əlaqədardır. Çünki onların istehsalında bahalı texnologiyadan istifadə edilib”.

Ekspert hesab edir ki, bir sıra ölkələrdə təşviq məqsədi ilə elektromobil idxalçıları və istifadəçilərinə müəyyən güzəştlər edilir. Azərbaycanda da bu təcrübə sınanmalıdır:

“Bütün inkişaf etmiş ölkələrdə və hətta inkişafda olan ölkələrin bir qismində elektromobillərin ölkəyə idxalı və sonradan onların istismarı üçün müxtəlif güzəştlər tətbiq edilib. Əgər həmin avtomobilləri sahibkarlar ölkəyə gətirirsə, onlardan gömrük rüsumu olduqca az, hətta simvolik məbləğdə alınır. Təbii ki, bu avtomobillərin mühərrik həcminə görə aksiz vergisi yoxdur. Satışdan əldə edilən gəlir üzrə ƏDV həmin elektromobillərə tətbiq edilmir. Bundan əlavə bir sıra ölkələrdə belə bir qaydalar tətbiq edilir: əgər ailədə benzin yaxud dizellə çalışan avtomobil varsa, ikinci nəqliyyat vasitəsi mütləq elektromobil olmalıdır. Həmçinin belə ölkələrdə elektromobillərin icbari və KASKO sığortası üzrə haqları 50 %-dək azdır. Həmçinin şəhər mərkəzlərində digər avtomobillərin dayanması qadağan olduğu yerlərdə elektriklə çalışan avtomobillərin dayanmasına icazə verilir.

Təəssüf ki, biz hələ də Azərbaycanda bu sahədə kifayət qədər addımlar atmamışıq. Düzdür, 2 il əvvəl elektromobil üçün gömrük rüsumları 15 %-ə endirildi. Bu çox yaxşı addımdır, amma ekoloji təmiz avtomobilin ölkəmizdə əlçatan olması üçün 15 % özü də çox böyük rəqəmdir. Bu gün ölkəmizdə elektromobil gətirən rəsmi dillerlər var, onlar həmin avtomobillərin ən ucuzunu gətirir, amma yenə də gömrük rüsumu və satışdan ödənilən ƏDV-yə görə baha başa gəlir. Bu səbəbdən də həmin vergi və rüsumlar ya ləğv edilməlidir, ya da minimuma salınmalıdır. Hesab edirəm ki, həmin rəqəm 5 %-ə qədər azaldılsa ideal nəticə əldə etmək olar.

Göründüyü kimi, ilkin olaraq atlan addımlar elə məhz Gömrük Orqanlarının müdaxiləsi və israrı ilə dayandırılıb. Prossesin bu gün ölü nəqtədən tərpənməsi üçün yenə də gözünü yalnız avtomobil idxalına dikərək büdcəni doldurmaq istəyən gömrük rəsmilərinin insafa gəlməsi lazımdır.

Bütün hallarda yenə də Azərbaycanda benzinin və dizelin bahalaşmasından əhalinin əziyyət çəkməsi və ekologiyamızın sıradan çıxmasına səbə bbir qurum və onun rəhbəridir - DGK və Səfər Mehdiyev.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...