Erməni zabitləri məhv edildi - daha iki hərbçinin adı açıqlandı

Erməni zabitləri məhv edildi -
Ermənistan ordusunun 2 zabiti məhv edilib.

Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Tovuz istiqamətində gedən döyüşlər zamanı mayor Haruş Ambartsumyan və kapitan Sos Elbakyan məhv edilib.

Düşmən itkilərinin daha çox olduğu bildirilir.

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

APA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Ş. Stepanyan bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...