Bərdədə bu təhsil ocağında bazar açıblar

Bərdədə bu təhsil ocağında bazar açıblar

Prezident hər zaman tövsiyə edib ki, vəzifəli şəxslər dəbdəbəli məclislərdən, israfçılıqdan çəkinməlidir, övladları bahalı mərasimlərə üstünlük verməməlidir.

Onlar cəmiyyətə nümunə olmalıdır, xalqa qıcıq yaratmamalıdır. Amma buna əməl etməyənlər o qədər var ki...

Biri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovdur.

Gundemxeber.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış məlumatlarda bildirilir ki, kollec direktoru övladına Bakıda dəbdəbəli toy şənliyi təşkil edib.

Kollec direktoru toya bahalı müğənnilər belə dəvət edib. Rayon restoranını bəyənməyən X.Ələkbərov Bakıda şadlıq evlərindən birini tutub.

Bir müəllim, ziyalı və vəzifəli şəxs kimi cəmiyyətə örnək olmalı X.Ələkbərov özünü oliqarx kimi göstərib və dəbdəbəli toy keçirib, prezidentin tövsiyələrinə zidd hərəkət edib.

Bərdənin kollec direktoru sanki milyonçu iş adamı AST Telman yaxud İsgəndər Xəlilovdur. Axı bir kollec müdirinin nə qədər vəsaiti olmalıdır ki, rayon şadlıq saraylarına yuxarıdan aşağı baxsın və Bakıda bahalı toy məclisi keçirsin.

Yada salaq ki, Bakı Liftlər İdarəsinin keçmiş direktoru Qüdrət Şükürov da övladına bahalı toy etməsi ilə gündəmə gəlmişdi.

Bundan sonra onu vəzifədən azad elədilər, barəsində cinayət işi başladıldı. Çünki bahalı toy məclisi Şükürovun əməllərində korrupsiya olması şübhələri yaradırdı. Odur ki, Bərdənin kollec direktorunun bu tədbiri də ona baha otura bilər.

Amma Ələkbərov ilk dəfə belə gündəmə gəlmir. Bir müddət əvvəl Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Süleymanlı Emin Kərim oğlunun şəxsi münasibətlər zəminində həmyerlisi Məmmədov Natiq Çingiz oğlunu bıçaqlaması direktorun başını ağratmışdı.

Kollecdə nizam-intizamın olmaması, tələbənin cibində bıçaq gəzdirməsi təhsil ocağı direktorunun yaratdığı mühitin nəticəsi kimi qiymətləndirilirdi.

Kollecdə kriminallığa meylli tələbələrin olması valideynləri də narahat etməyə başlayıb. Belə təssürat oyanır ki, X.Ələkbərov anarxiya yaradıb, dərs keçirilmir, tələbələr kriminal aləmlə maraqlanırlar.

Onsuz da adı rüşvət yığımında, tədrisin aşağı səviyyədə olmasında hallanan Bərdə Texnologiya Kollecinin bu insidentdən sonra yerdə qalan nüfuzu da heçə endi. İndi hansı valideyn övladının bu təhsil ocağında oxumasını istəyər?

Bu gün zəmanənin çətinliyini nəzərə alsaq, hər kəs övladını mühafizə etməyə çalışır və balasını oxuduğu kollecin rəhbərliyinə tapşırır.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyəti ilə bağlı mütəmadi olaraq dövrü mətbuatda tənqidi yazılar yer alır. Google üzərindən bir axtarış kifayətdir ki, bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs olunan saysız yazılarla tanış olaq.

Məlumatlarda sözügedən tədris müəssisəsində müəyyən vaxtlarda və bir sıra səbəblərdən tələbələrdən pul yığıldığı deyilir.

Xaləddin müəllim tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları "həll etmək” üçün rüşvət yığdırır. Pul verməyən tələbələri qəsdən sıxışdırır və sonucda "tərləməyə” məcbur edirlər.

Bundan əlavə, direktor bəzi tələbələrlə korrupsiya sövlələşməsinə girərək, onları ümumiyyətlə dərslərdən və imtahanlardan yayındırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...