Bakıda Vərəm Dispanserində dərman bazarı - VİDEO

Bakıda Vərəm Dispanserində dərman bazarı -

Azərbaycanın səhiyyə sistemində korrupsiya və “yeyinti” halları ilə bağlı KİV-də davamlı olaraq müxtəlif məlumatlar dərc olunur. Bir sıra dövlət xəstəxanalarında müayinə və müalicə işlərinə görə xəstələrdən “fantastik” məbləğin tələb olunması heç kimə sirr deyil. Hətta dövlət tərəfindən pulsuz ayrılan dərmanların xəstələrə pulla satılması barədə məlumatlar da cəmiyyətdə yetərincə yayılıb. Lakin dərman vasitələri, reaktiv və digər ləvazimatların xəstələrə baha qiymətə “satılması” barədə ilginç məlumatlar daxil olub.

Bu gün ölkənin əksər xəstəxanalarında rüşvətxorluq və özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır.

Bunun üçün zəmin hazırlayır. Gundeminfo.az intertv.az-da dərc olunmuş və təkzib edilməmiş məlumata görə yazır ki, insanlarımız sağalmaqliq üçün xarici ölkələrə üz tuturlar. İnsanları ölkədən xaricə müalicəyə qaçmağa məcbur edən tibb ocaqlarından biri də Bakı şəhər 1 saylı Vərəm Dispanseridir.

Məlumata görə, 1 saylı Vərəm Dispanserində əhaliyə normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə 1 saylı Vərəm Dispanser rəhbərliyindən narazılıqları artırır. Adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.

Hər il dövlət tərəfindən 1 saylı Vərəm Dispanserinə dərman pereparatları və tibb ləvazimatları ayrılsa da, dövlətin bu sosial yardımından xəstələr yararlana bilmirlər.

Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi Yavər Şıxaliyevin başı dövlətin ayırdığı dərmanları və tibbi ləvazimatları satmağa qarışıb. Mənbə bildirir ki, bu çox xeyirli biznesdən baş həkim heç bir yatırım qoymadan, sadəcə dövlətin ayırdığı dərmanları özü üçün ayırdığı otağında satmaqla məşğuldur.

Açıq-aydın görünür ki, dövlət başçımızın çağırışlarına, tapşırıqlarına məhəl qoymayan məmurlar xalqımızın iqtisadi-sosial problemlərini daha da ağırlaşdırmaq bahasına, öz mülklərini, milyonlarını artırmağı məqsəd seçiblər. Lakin inanırıq ki, cəmiyyətimizin və dövlətimizin çevik reaksiyası ilə, bu cür mənfi halların qarşısını ala biləcəyik.

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...