Dünyanın ən seksual modeli yeni sevgilisi ilə FOTO

Dünyanın ən seksual modeli yeni sevgilisi ilə

Şeykin seni sevgilisi özündən 11 yaş böyükdür. Dünya futbolunun ulduzu Kriştiano Ronaldodan ayrılan rus gözəlin bəxti açılıb. ANS-in məlumatına görə, İrina Şeyk özünə yeni sevgili tapıb. "Real Madrid"in ulduzu ilə beş illik münasibətini bitirən dünyanın ən seksual modeli indi tanınmış aktyorla birgədir. Onun barəsində maraqlı iddia ortaya atılıb.
29 yaşlı Şeyk bir müddət öncə model həmkarı Suki Vaterhousdan ayrılan aktyor Bredli Kuperlə görüntülənib. 40 yaşlı aktyor ötən həftə rus gözəllə birgə tamaşa izləyib. İddiaya görə, cütlüyün tanışlığına səbəb ortaq dostları olub. Onlar bir neçə həftədir ki, birlikdə zaman keçirirlər. Xatırladaq ki, dünyanın ən yaraşıqlı cütlüklərindən biri hesab edilə Ronaldo və Şeyk beş illik bərabərlikdən sonra ötən ilin sonunda ayrılıblar. Ayrılığa səbəb isə futbolçunun anasının rus gəlini sevmədiyi göstərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...