Təkcə bu qurumda 1100 nəfər ixtisara düşüb

Təkcə bu qurumda 1100 nəfər ixtisara düşüb
Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, “Azərsu” ASC-nin bazasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradıldı. O vaxtdan ötən dövrdə iri şəhərlərin su təchizatında ciddi irəliləyişlərin olduğunu demək üçün əlimizdə əsas yoxdur. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən bu qurumla bağlı şikayətlərin əvvəlkindən heç də az olmadığı müşahidə edilir. Üstəlik, təsərrüfatın daxilində də kifayət qədər narazılıq var.

Bizimyol.info xəbər verir ki, dəyişiklikdən sonra qurumda böyük ixtisarlar olub. Bu da işini itirmiş şəxslərin ciddi narazılığına səbəb olub. Onların bir qismi məhkəməyə üz tutublar. Şikayətçilər məhkəmədə iddia qaldıraraq, əvvəlki vəzifələrinə bərpa olunmalarını və buraxdıqları müddətə görə onlara ödənilməli maaşı tələb ediblər.

İxtisarların olduğunu Kadrlar İdarəsindən də təsdiqləyiblər. Bildirilib ki, “Azərsu” ASC-də 8800 ştat işçi yeri var idi. Lakin dəyişikdən sonra 7700 ştat qalıb. Beləliklə, 1100 nəfər ixtisara düşüb: “Təkcə Aparatda 498 ştat 180 nəfərə düşüb. Bəzi şöbələr birləşib”.

Məhkəmələr bir sıra hallarda işçilərin iddiasını təmin edərək, onların işlərinə bərpası barədə qərar çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...