Bakıda həbsxanaya xüsusi təyinatlılar gətirildi

Bakıda həbsxanaya xüsusi təyinatlılar gətirildi
Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib. Stopnarkotik.az-ın əldə etdiyi məlumata görə, həbsxana əməkdaşları davanın qarşısını ala bilmədiyindən, Penitensiar Xidmət rəhbərliyinin müraciəti əsasında 10 saylı Cəzaçəkmə Müəssisəsinə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) yeridilib.

XTQ əməkdaşlarının sərt müdaxiləsi nəticəsində qarşıdurmanın əsas fiqurları olan 9 məhbus zərərsizləşdirilib və yalnız bundan sonra məhbuslar arasındakı davaya son qoymaq mümkün olub.

Hadisənin hansı səbəbdən baş verdiyi haqda hələ dəqiq məlumat əldə edə bilməsək də, son illərin təcrübəsinə əsasən deyə bilərik ki, ölkəmizdə hansısa Cəzaçəkmə Müəssisəsinə Xüsusi Təyinatlı Qüvvələrin yeridilməsi nadir hadisədir. Bu isə 10 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyətin həqiqətən də ciddi olduğunu deməyə əsas verir.

Onu da qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlarla əlaqədar sözügedən müəssisəsinin adı mətbuatda tez-tez hallanır.

P.S. Əlavə məlumat verməyə çalışacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...