Azərbaycanlı telejurnalist həmcinsi ilə EVLƏNDİ - FOTOLAR

Azərbaycanlı telejurnalist həmcinsi ilə EVLƏNDİ -
Xeyli vaxtdır Amerikada yaşayan tanınmış azərbaycanlı telejurnalist Natiq Nailəoğlunun (Atakişiyev) orada evləndiyi barədə məlumat yayılıb. Xəbərdə qəribə olan Natiq Nailəoğlunun öz həmcinsi ilə evlənməsidir.

Modern.az-ın məlumatına görə, Natiq Nailəoğlu özü də sosial şəbəkə hesabında bu haqda paylaşım edib.

Belə ki, o, əcnəbi telejurnalist Endryu Kordner ilə səmimi şəklini “Nişanlımla” statusu yazaraq ürək işarəsi ilə paylaşıb.

Azərbaycanlı telejurnalistin bu paylaşımına onun sosial şəbəkə dostları “Allah xoşbəxt eləsin!”, “Təbrik edirəm, xoşbəxt günlər yaşayın” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Natiq Nailəoğlu uzun müddət Azərbaycanda müxtəlif telekanalların əməkdaşı olub.

Belə ki, o, əvvəlcə ANS TV-də "Xəbərçi" proqramının aparıcısı olub, 2016-cı ildə bu kanalın fəaliyyəti dayandırıldıqdan sonra ARB TV-də işləməyə başlayıb.

2017-ci ildə ARB TV-də “Həftənin ardınca”, "Türk şou maqazin" verilişlərinə aparıcılıq edib.

2018-ci ildə “Real” TV fəaliyyətə başlayanda Natiq Nailəoğlu da bu telekanala keçib. O, 2022-ci ilə kimi “Real” TV-nin Türkiyə, daha sonra Amerika bürosunda çalışıb.

Natiq Nailəoğlu Türkiyədə yaşayarkən bir müddət APA TV internet televiziyası ilə də əməkdaşlıq edib.

2022-ci ildə sonra ABŞ-da yaşamağa davam edən N.Nailəoğlu Türkiyənin məşhur xəbər agentliyi İHA-ya (İhlas Haber Ajansı) keçdiyi barədə məlumat yayıb.

2022-ci ildən ABŞ-da yaşayan Natiq Nailəoğlunun həmcinsi ilə evlənməsi xəbəri onun keçmiş iş yoldaşlarını da təəccübləndirib. Onlardan heç biri bu haqda danışmaq istəməyiblər.


Azərbaycanlı telejurnalist həmcinsi ilə EVLƏNDİ -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...