MİDA 1 milyonluq tenderi kimə verib?

MİDA 1 milyonluq tenderi kimə verib?
“MİDA” “Güzəştli mənzil” sisteminin alternativ ehtiyat mərkəzinin “AzİnTelecom” MMC-nin Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasında yaradılması işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Müsabiqənin qalibi "Farah İnnovations” MMC olub.

“MİDA” ilə "Farah İnnovations” MMC arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 1.166.076 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Farah İnnovations” MMC 17.10.1996-cı ildə qeydiyyata alınıb.

MMC-nin qanuni təmsilçisi Cavid Ümüd oğlu Məmmədovdur. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt Şəhəri, 13 mkr, ev 10B, m. 4 göstərilib. Araşdırmamız zamanı məlum oldu ki, şirkətin Azərbaycan dilində rəsmi saytı da fəaliyyət göstərmir. Açıq mənbələrdə haqqında heç bir məlumat olmayan şirkət 2023-cü ilin ilk 6 ayı ərzində dövlət qurumlarının elan etdiyi böyük məbləğli 11 tenderin qalibi olub.

Hazırda vergi borcu olmayan şirkət 2022-ci ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin elan etdiyi 205 min 650 manatlıq tenderin qalibi seçilib. Həmin vaxt dərc olunan məlumatlara əsasən "Farah Innovations" MMC-nin 28 min 219 manat vergi borcu olub.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir.

Dövlət qurumlarının böyük tenderlərinin qalibi olan şirkətin qanuni təmsilçisi haqqında da heç bir məlumat yoxdur. Bu da bu tenderlərin şübhəli olması ilə bağlı fikirlər yaradır.“MİDA” MMC Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərir.
MMC-nin qanuni təmsilçisi Fərhad Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...