Prezident: "Yerli ərzaq məhsullarının qiyməti sabit qalmalıdır"

Prezident: "Yerli ərzaq məhsullarının qiyməti sabit qalmalıdır"


"İndiki vəziyyətdə hökumət qarşısındakı əsas vəzifə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın normal səviyyədə olmasıdır". APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu ilin yekunlarına əsasən inflyasiya 4 faizdən azdır. Onun sözlərinə görə, inflyasiyanın 2016-cı ildə də ən aşağı səviyyədə saxlanılmasına çalışılmalıdır: “Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz”.

Prezident İlham Əliyev vurğulayıb ki, rüşvətxorluq, korrupsiya və inhisarçılığa qarşı daha ciddi mübarizə aparılacaq: “Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcək”.

Prezident bir daha ictimai nəzarətin vacibliyini qeyd edib. O, vətəndaşları rastlaşdıqları xoşagəlməz hallarla bağlı məlumat verməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...