Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb

Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gundeminfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Həsənsu kənd yolunda qeydə alınıb.

Köçəsgər kənd sakini, 1976-cı il təvəllüdlü Sahib Vəliyevin idarə etdiyi motosikletin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb.

O, təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...