Novruz bayramında rayonlara gediş-gəliş açılacaq? – RƏSMİ CAVAB

Novruz bayramında rayonlara gediş-gəliş açılacaq? –
Novruz bayramı ilə əlaqədar 1 həftə qeyri-iş günü olacaq.

Nazirlər kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinə görə, martın 20-si və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edilir.

Bu günlərdə rayonlara gedən insanların sayında da artım olacağı istisna deyil. Hazırda da rayonlararası avtobuslar işləmir. Rayona getmək istəyənlər 2 qat baha qiymətə taksilərlə və ya şəxsi avtomobilləri ilə gedə bilərlər.

Bəs bayram günlərində rayonlara avtobusların açılması gözlənilirmi?

Bu barədə Cebhe.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, onlar da Operativ Qərargahın qəbul edəcəyi qərarı gözləyirlər. Bu haqda məlumat olduqda mütləq paylaşılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...