Müzəffər Komandanın möhtəşəm iqtisadi planları

Müzəffər Komandanın möhtəşəm iqtisadi planları


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu proqram dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınmışdır. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası baş verəcək, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından fayda əldə olunacaq, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təminatı üçün güclü zəmin yaranacaqdır. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son iki yüz il ərzində hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Nəzərdə tutulmuş Böyük Qayıdış planı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əhalimizin Böyük Qayıdışı çərçivəsində dayanıqlı məskunlaşmaya və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olmalıyıq.Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır.

Ölkəmizin həyata keçirdiyi uğurlusosial-iqtisadisiyasət, əldə olunan siyasinailiyyətlər,millivəmultikulturaldəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətinin daha da artacağına əminlikyaradır.Buimkanlar2030-cuiləqədərolanmərhələdəAzərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə əminlik yaradır. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.

Azərbaycanın müasir inkişaf modeli cəmiyyət, biznes və dövlət üçlüyüdür. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün bu üçlüyün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Adətən, belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunacaqdır.

Qəbul olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcəkdir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətlənləndiriləcəkdir. Ölkə iqtisadiyyatına birbaşa xarici sərmayələr, o cümlədən infrastruktur sahələrinə strateji sərmayədarlar cəlb olunmalı, dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Bildiyimiz kimi, iqtisadi islahatlar dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına xidmət edir. İnsanların sosial statusundan və yaşadığıərazidənasılıolmayaraqiqtisadiimkanlaraçıxışıbərabərvəədalətliolmalıdır.İnkişafdan hər bir vətəndaşbəhrələnməli,inklüziv cəmiyyətdə yüksək və ədalətli sosialtəminat əldə edilməli, paytaxt və regionların tarazlıinkişafı təmin olunmalıdır.Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsinə və aşağı işsizlik səviyyəsinə nail olmağa, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi ilə vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaratmağa təminat verəcəkdir.

Demoqrafik problemin və urbanizasiyanın müsbət həlli üçün regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılması önəmli vəzifələrdəndir. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir.
Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. ÖlkəmizinXXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır.

Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir.Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması məqsədinə xidmət edir. Inanırıq ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaqdır.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədri- Həsənov Miri

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...