Paşinyan ordunu Qarabağdan Ermənistana geri çağırdı: “Ulayanlarla məsələni həll edək"

Paşinyan ordunu Qarabağdan Ermənistana geri çağırdı:
Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb.

Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Divar dibində ulayanlarla məsələni həll edək”, – deyə Paşinyan yazıb.

Xatırladaq ki, məhkəmə bu gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.

Bu bəyanat Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin əlamətlərini göstərir. Paşinyan özünə sadiq ordu hissələrini paytaxta yığmağa başlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...