Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır - RƏSMİ

Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır -

“Azərbaycanın tarixi şanlı qələbəsi haqqında məlumatların fənnindən və sinfindən asılı olmayaraq, müəllimlər tərəfindən şagirdlərə ötürülməsi, onlarla müzakirə edilməsi ilə bağlı Təhsil Nazirliyində əmr hazırlanır”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı qələbəyə gedən yol uşaqlarla analiz edilməlidir:

“İşğaldan azad edilən torpaqlarımızın coğrafiyası, musiqisi, tarixi haqqında şagirdlərə danışmaq lazımdır. Bu, böyük bir öyrənmə arealıdır”.

“Fənnindən, sinfindən asılı olmayaraq, istənilən dərsdə bu mövzu keçirilə bilər. Bundan uşaqlarda vətənpərvərlik ruhunun yüksəlməsi üçün istifadə etmək lazımdır”, - deyə şöbə müdiri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...